Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Fransanın Bakıdakı səfirliyində bayraqlar endirildi
Parisdə baş vermiş terror aktı ilə əlaqədar Fransanın Bakıdakı səfirliyində bayraqlar endirilib.
Oxu.Az xəbər verir ki, APA-ya səfirlikdən verilən məlumata görə, bu gün Bakı vaxtı ilə saat 15.00-da səfirlik əməkdaşları hadisə nəticəsində həlak olanların xatirəsini sükutla yad edəcəklər.
Xatırladaq ki, yanvarın 7-də Parisdə “Charlie Hebdo” satirik nəşrinin redaksiyasına silahlı hücum olub. Nəticədə 12 nəfər ölüb, 11 nəfər yaralanıb.
Fransa prezidenti Fransua Olland ölkədə üçgünlük matəm elan edib.
E.Ə.
www.oxu.az
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar