Fransada keçirilən "Fête de la Musique" adlı illik küçə musiqisi festivalı zamanı baş vermiş zorakılıq nəticəsində təxminən 1 500 nəfər xəsarət alıb.
Oxu.Az xəbər verir ki, bu barədə DW.com məlumat yayıb.
Bildirilib ki, 150-yə yaxın qadın və yeniyetmə qız onlara zəhərlənmiş şpris batırıldığını iddia edib. Parisdə polis bu qəbildən olan 21 hücumu qeydə alıb.
Tədbir zamanı həmçinin 14 bıçaqlanma hadisəsi baş verib və 51 avtomobil yandırılıb.
Fransada "Fête de la Musique" küçə musiqisi festivalında naməlum şəxslər 145 nəfərə şpris batırıblar.
Oxu.Az bu barədə "The Guardian" qəzetinə istinadla xəbər verir.
Fransa polisinin hadisə ilə bağlı 12 şübhəlini saxladığı bildirilir. Şprislərdə dəqiq nə olduğu məlum deyil.
Şprislə hücuma məruz qalanların qızlar olduğu vurğulanır.
Xəsarət alanların bəziləri toksikoloji müayinələr üçün xəstəxanaya aparılıblar.