“Sarı jiletlilər” aksiyasının bir qrup üzvü Fransanın Evri şəhərinin polis məntəqəsinə daxil olublar.
Oxu.Az xəbər verir ki, bu barədə BFM telekanalı məlumat yayıb.
Məlumatda deyilir ki, insident saat 12:35-də baş verib. Təxminən bir saatdan sonra polis qüvvələri aksiya iştirakçılarını məntəqədən çıxara bilib. Eyni vaxtda başqa bir qrup şəhər meriyası yaxınlığındakı dayancaqda dörd avtomobili yandırıb.