Rusiyalı boksçu Fyodor Yemelyanenkonun amerikalı boksçu Rayan Beyderdən ağır olduğu müəyyənləşib.
Oxu.Az TASS agentliyinə istinadən xəbər verir ki, “Bellator” Qran-Prisinin final yarışmasından əvvəl çəki mərasimində F.Yemelyanenkonun 107,2, R.Beyderin isə 103,4 kiloqram olduğu müəyyən olub.
Qeyd edək ki, F.Yemelyanenko amerikalı idmançı ilə döyüşə görə 300 min dollar qazanacaq. Beyderin bu döyüşdən qazancı isə 150 min dollar olacaq.
Fyodor Yemelyanenko karyerası ərzində 38 dəfə qələbə qazanıb, beş görüşdə isə uduzub. R.Beyder qarşılaşmalarda 26 dəfə qalib gəlib, beş dəfə məğlub olub.
Boksçular arasında final qarşılaşması Los-Ancelesdə keçiriləcək.