Fransanın Kənd Təsərrüfatı Nazirliyinin ilkin qiymətləndirməsinə əsasən, bu il ölkədə şərab istehsalının həcmi 34 milyon hektolitrdən (bir hektolitr 100 litrə bərabərdir - red.) aşağı səviyyəyə enəcək.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Bu göstərici ötən ilki nəticələrlə müqayisədə 6 faiz, son beş ilin orta statistik rəqəmlərindən isə 17 faiz aşağıdır. Yaranmış vəziyyət həm əkin sahələrinin azaldılması, həm də şiddətli quraqlıq və kəskin istilərin üzüm bağlarına ciddi ziyan vurması ilə əlaqələndirilir.
Nazirlik bəyan edib ki, cari il şərab istehsalı sahəsində son otuzilliyin ən böhranlı dövrlərindən biri kimi tarixə düşəcək.