Rusiya Daxili İşlər Nazirliyinin (DİN) Moskva vilayəti üzrə Baş İdarənin balansında olan motor yanacağının mənimsənilməsi halları üzə çıxarılıb.
Oxu.Az RBC-ya istinadən xəbər verir ki, bu məlumatı Rusiya DİN-in rəsmi nümayəndəsi İrina Volk açıqlayıb.
Onun sözlərinə görə, cinayət əməlində "Evrotrans" ASC-nin direktorlar şurasının sədri İqor Martışov, həmçinin onun tabeçiliyində olan üç top-menecer iştirak edib. Bundan əlavə, prosesə Rusiya DİN-in Moskva vilayəti üzrə Baş İdarəsinin rəis müavini, general-mayor Sergey Malkov, təsərrüfat təminatı mərkəzinin rəisi, polkovnik Aleksey Suyarov və həmin mərkəzin şöbə rəisi, polkovnik-leytenant Anna Levina da cəlb olunublar.
Oğurluq faktı əsasında cinayət işi başlanılıb. İstintaq orqanları qeyd olunan şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətlə məhkəməyə müraciət ediblər.