Sumqayıt şəhəri, Heydər Əliyev Parkının yaxınlığında yerləşən dayanacaqlardan birində dəmir dirəkdə elektrik cərəyanın olduğu iddia edilib.
Oxu.Az xəbər verir ki, ərazidə elektrik cərəyanını müəyyən etmək üçün olan indikatorla yoxlama aparan sakin bunu sübut etməyə çalışıb.
Onun sözlərinə görə, həmin ünvanda bir qadını cərəyan vurub.
O, vətəndaşlara əlini dəmirə vurmamağı tövsiyə edib və görüntü paylaşıb:
Sumqayıt Şəhər İcra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən məsələ araşdırılıb və yaranmış problem aradan qaldırılıb.