Beyləqanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndində qeydə alınıb.
Məlumata görə, rayonun Bolsulu kənd sakini Məhəmməd Səfərəliyev VAZ-2107 markalı avtomobili idarə edərkən nəqliyyat vasitəsinə nəzarəti itirib. Nəticədə avtomobil yol kənarındakı elektrik dirəyinə çırpılıb.
Zərbənin təsirindən dirək aşıb və avtomobilin üzərinə düşüb. Sürücü avtomobildən çıxmağa çalışarkən onu elektrik cərəyanı vurub və o, hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.