Rusiyanın Rostov vilayətinin Nikolayevka kəndində partlayış baş verib. Partlayış federal axtarışa verilən 46 yaşlı kişinin saxlanılması zamanı olub.
Oxu.Az-ın "RostovGazeta" nəşrinə istinadən xəbərinə görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin Rostov vilayəti Baş İdarəsindən məlumat verilib.
Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəlinin mümkün yeri barədə məlumat alaraq, oraya yola düşüblər. Kişi saxlanılma zamanı müqavimət göstərib və bundan sonra partlayış baş verib. İlkin məlumatlara görə, döyüş qumbarası partlayıb.
Nəticədə kişi hadisə yerində ölüb, iki polis əməkdaşı isə xəsarətlər alıb.