Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Fransada təyyarə qəzaya uğrayıb
Le Lavandu kommunasında (Fransanın cənub-şərqindəki Var departamenti) hava şousu zamanı "Fouga Magister" markalı təyyarə dənizə düşüb.
Oxu.Az xəbər verir ki, bu barədə "BFMTV" kanalı məlumat yayıb.
Nəşrin məlumatına görə, pilot təyyarədən katapult etməyib. Xilasedicilər dənizdə əməliyyat aparır, lakin pilotun yerini hələlik tapa bilməyiblər.
Təyyarə qəzası təxminən saat 17:00-da (Bakı vaxtı ilə 19:00 - red.), ölkənin cənubunun faşistlərdən azad edilməsinin 80-ci ildönümünə həsr olunmuş aviaşounun başlamasından bir müddət sonra baş verib,.
Daha əvvəl "Le Figaro" qəzeti yazıb ki, söhbət Fransa Hərbi Hava Qüvvələrinin pilotaj qrupu olan Fransanın Hava Patrulunun təyyarəsindən gedir, lakin sonradan BFMTV-nin xəbər verdiyi kimi, Silahlı Qüvvələr Nazirliyi bu məlumatı təkzib edərək, onun şəxsi təyyarə olduğunu bildirib.
Xatırladaq ki, avqustun 14-də təlim uçuşu zamanı ölkənin şimal-şərqində Mörte-et-Mozel departamenti üzərində havada iki "Rafale" qırıcısı toqquşub. Hadisə nəticəsində qırıcılardan birinin pilotu havaya qalxa bilib və vaxtında gələn axtarış qrupu tərəfindən xilas edilib. Avqustun 14-ü axşama qədər ikinci təyyarədə olan təlimatçı və pilotun taleyi ilə bağlı heç bir məlumat olmayıb. Daha sonra Fransa Prezidenti Emmanuel Makron onların ölümünü açıqlayıb.
Rəylər