Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Fransalı deputat: "Bizdə siyasi məhbuslar var"
"Fransada siyasi məhbuslar var".
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu Fransa Milli Assambleyasında müxalifətdə olan əsas siyasi qruplardan biri olan "Əyilməz Fransa - Yeni Xalq Cəbhəsi"nin (solçular) sədri, deputat Matilda Panot Fransanın "FranceInfo" telekanalında canlı yayımda deyib.
Onun sözlərinə görə, hər bir ölkə öz problemləri ilə məşğul olmalıdır:
"Bilirsiniz ki, bizdə də siyasi məhbuslar var və mən bunu deyirəm. Bəli, bizdə siyasi məhbuslar var. Mən Kanak və Sosialist Milli Azadlıq Cəbhəsinin (FLNKS) sədrini nəzərdə tuturam və onun dərhal azad edilməsini tələb edirəm. Bu, kanaklı hazırda Kanakidən (Yeni Kaledoniya) 17 min km uzaqlıqda, həbsxanadadır. Ona görə də hər bir ölkə öz daxili problemləri ilə məşğul olmalı və öz qapısının qarşısını təmizləməlidir. Bu baxımdan, insan hüquqlarına hörmət edilməsi və Fransada siyasi məhbuslar olmaması yaxşı olardı".
"Fransa" teqi üzrə xəbərlər
- ABŞ tarixində fasilə ilə ən yüksək dövlət vəzifəsini tutan ikinci prezident: Tramp işinə başlayacaq
- Azərbaycandakı diplomatik korpusların rəhbərləri Şəhidlər xiyabanını ziyarət ediblər
- Tələsik imzalanan strateji tərəfdaşlıq sazişi Ermənistan xalqına ürəkaçan perspektivlər vəd etmir
- Fransa "Nestle"yə qarşı istintaqa başlayıb
- "Le Monde": "Fransanın dənizaşırı ərazilərinin 40 faizi yoxsulluq şəraitində yaşayır"
Rəylər