Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Fransalı qadın siyasətçi seçkiöncəsi küçədə döyülüb
Bir qrup naməlum şəxs O-de-Sen departamentində Fransa hökumətinin rəsmi nümayəndəsi Priska Tevenoya hücum edib.
Məlumata görə, hücum zamanı o və partiyadaşları parlament seçkisinin ikinci turuna həsr olunmuş "Renessans" plakatları asıblar.
Bu barədə Baş nazir Qabriel Attal sosial şəbəkələrdə yazıb.
"Bu axşam namizəd Priska Teveno və onun təşviqat komandasının üzvləri Medonda təşviqat posterləri asarkən dörd nəfərin hücumuna məruz qalıblar", - deyə paylaşımda qeyd olunub.
"Parisien" qəzetinin məlumatına görə, rəsmi nümayəndəni müşayiət edən deputat Virjini Lanlo və daha bir fəal skuterlə döyülüblər. Onlar xəstəxanaya yerləşdiriliblər. Hücum edən şəxslər polis tərəfindən saxlanılıblar, onların əməllərinin səbəbləri aydınlaşdırılır.
Mənbə: life.ru
"Fransa" teqi üzrə xəbərlər
- Məzhəkə mərkəzinə çevrilən Avropa Parlamenti - deputatlar ABŞ-dən Azadlıq heykəlini geri istəyirlər
- Fransada polislərə hücum edildi
- Fransada bıçaqla silahlanmış qadın və iki oğlu orta məktəbə basqın ediblər
- "Telegram"ın qurucusu Pavel Durov Fransanı tərk etdi
- Almaniya, Böyük Britaniya və Fransa liderlərinin müşavirləri ABŞ-yə yola düşüblər