Fransanın Avropa hissəsində yerləşən 96 departamentin 80-də sondan əvvəlki (narıncı) hava təhlükəsi səviyyəsi elan edilib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Meteo-France" Milli Meteoxidmətindən məlumat verilib.
Məlumata görə, ölkənin bəzi ərazilərində maksimal temperatur 38-40 dərəcə təşkil edəcək. Bundan əlavə, əksəriyyəti Fransanın şimal-qərbində yerləşən 50 departamentdə isə yüksək meşə yanğınları riski səbəbindən narıncı təhlükə səviyyəsi elan edilib.
Ekoloji keçid naziri Monik Barbyunun hesablamalarına görə, bu yay təkrarlanan isti hava dalğaları Fransaya təxminən 10-15 milyard avroya başa gələ bilər.