Fransanın baş naziri Manuel Vals hökumət başçısı vəzifəsindən istefa üçün müraciət edib.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.
Bu ərəfədə Vals 2017-ci ildə Fransada keçiriləcək prezident seçkilərində iştirak etmək istədiyini bəyan edib.
Vals Yelisey sarayına çərşənbə günü gəlib. Onun dövlət başçısı ilə görüşü yarım saata yaxın davam edib.
N.O.
www.oxu.az