“Mövcud problemlərə baxmayaraq, Azərbaycan iqtisadiyyatı öz dayanaqlığını qoruyub saxlayıb”.
Oxu.Az “Report”a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında sədr Oqtay Əsədov deyib.
“Neftin qiymətinin 3 dəfədən çox aşağı düşməsi səbəbindən ölkəmizin valyuta gəlirlərində azalma olub. Mövcud problemlərə baxmayaraq, Azərbaycan iqtisadiyyatı öz dayanaqlığını qoruyub saxlayıb. Gələn il real iqtisadi artım proqnozlaşdırılır. Neftdən asılılığın azaldılması isə qeyri-neft sektorunun inkişafı ilə bağlıdır.
Dövlət büdcəsinin gəlir və xərclərində azalma olub. Amma sosisalyönümlülük saxlanılır. Sosial və məqsədli dövlət proqramlarına istisna olmaqla xərclər azaldılıb. Ölkənin müdafiə qüdrətinin və təhlükəsizliyinin qorunub-saxlanılması üçün ölkə büdcəsində kifayət qədər vəsait ayrılıb”, - deyə spiker qeyd edib.
“Əsas prioritet qeyri-neft sektorundan daxilolmaların artırılmasıdır. Dövlət Neft Fondundan transfertin azalması olacaq və bu proses gələcəkdə davam edəcək”, - deyə O.Əsədov qeyd edib.
U.A.
www.oxu.az