Fransanın Kale şəhərinin meri Nataşa Buşart “Cəngəllik” adlanan ərazidə qaçqınlar üçün yeni düşərgənin salınmasının qarşısını almaq üçün başlanan kampaniya çərçivəsində mühacirlərə yemək paylamağı qadağan edib.
Oxu.Az haqqin.az-a istinadən xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Qeyd edilir ki, məmurlar artıq yerli xeyriyyə təşkilatlarının yeniyetmə mühacirlər üçün duş kabinələrinin quraşdırılmasına mane olublar.
Nəşrin məlumatına görə, mühacirlər üçün ərzaqların paylanması ilə məşğul olan könüllülər hüquq-mühafizə orqanlarından gizlin öz işlərinə davam edirlər. Xeyriyyə təşkilatları, həmçinin qadağaya məhəl qoymurlar, amma bütün lazımi hüquqi konsultasiyaları da keçiriblər.
S.S.
www.oxu.az