Hadisə Kosta-Rikada keçirilmiş futbol oyunundan sonra baş verib.
Oxu.Az life.ru-ya istinadən xəbər verir ki, "Heridanio" klubunun 4 nəfər azarkeşi digər klubun azarkeşi olan gənc oğlanı yerə yıxaraq təpiklə döyüb. Bununla kifayətlənməyən xuliqanlardan biri əlinə daş parçası alaraq, yerdə uzanan şəxsin başına çırpıb. Ərazidə olan polis əməkdaşları isə baş verənlərə müdaxilə etməyərək, sadəcə, seyr ediblər.
Xəstəxanaya çatdırılan gənc oğlan təcili olaraq əməliyyat olunub, polis isə daş atan azarkeşin axtarışındadır.
E.C.
www.oxu.az