Hindistanda keçirilən G20 parlament sammitinin iştirakçıları nüvə silahından istifadənin yolverilməzliyini bəyan ediblər.
Bu barədə G20 parlament sammitinin yekunlarına dair birgə bəyanatda deyilir.
İştirakçılar həmçinin bütün dövlətləri beynəlxalq hüququn prinsiplərinə hörmət etməyə çağırıb və münaqişələrin həlli, böhranların aradan qaldırılması üçün diplomatiya və dialoqun mühüm əhəmiyyət kəsb etdiyini qeyd ediblər.
Bəyanatda vurğulanıb ki, G20 parlamentlərinin zirvə toplantısı bütün forma və təzahürlərdə, o cümlədən ksenofobiya, irqçilik və digər dözümsüzlük formalarına əsaslanan, din, yaxud da inanc adı altında terrorizmi pisləyir, bütün dinlərin sülhə sadiqliyini bəyan edir.
G20 ölkələrinin parlamentləri beynəlxalq münasibətlərdə çoxtərəfli yanaşmanın inkişaf etdirilməsinin tərəfdarı olub və qərarların qəbulu prosesində inkişaf etməkdə olan dövlətlərin daha fəal iştirakının vacibliyini vurğulayıblar.
Parlamentarilər həmçinin maraqlı tərəfləri Qara dəniz taxıl müqaviləsinin bütün şərtlərini, o cümlədən ərzaq və gübrələrin maneəsiz ixracını yerinə yetirməyə səsləyiblər.
Mənbə: TASS
Rəylər