Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Gideon Saar: "İsrail İrana zərbələr endirməyə davam edəcək"
"İsrail İran ərazisinə zərbələr endirməyə davam edəcək".
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Gideon Saar almaniyalı həmkarı Yohan Vadeful ilə telefon söhbətində deyib.
Eyni zamanda o, Tehranı beynəlxalq hüququ pozmaqda ittiham edib və həmsöhbətinə "İsrailin özünümüdafiə haqqını" dəstəklədiyinə görə təşəkkür edib.
Qeyd edək ki, iyunun 13-nə keçən gecə İsrail İranın nüvə proqramını hədəf alan "Yüksələn aslan" əməliyyatına başlayıb. İslam Respublikası buna cavab olaraq, iyunun 13-ü axşam və 14-nə keçən gecə İsraildəki onlarla hədəfə, o cümlədən hərbi obyektlər və hava bazalarına raket zərbələri endirib. İsrail və İran iyunun 14-ü və 15-nə keçən gecə yenidən qarşılıqlı zərbələr endiriblər. Hücumlar nəticəsində hər iki tərəf ölənlərin və yaralıların olduğunu bildirib.
"İsrail-İran gərginliyi" teqi üzrə xəbərlər
- İsrail təsdiqlədi: İran hərbi obyektlərə zərbə endirib
- Fidan: "Türkiyə ABŞ-nin nüvə proqramı danışıqları ilə bağlı mövqeyini İrana çatdırıb"
- ABŞ mediası: "Tehrandakı həbsxanadan İsrailə qarşı kəşfiyyat əməliyyatları üçün istifadə edilirdi"
- Kats: "İran İsrailə qurudan girməyə hazırlaşırdı"
- İsrailin İrana zərbələri nəticəsində ölənlərin sayı mini keçdi