İstanbulda girov götürülmüş prokuror Səlim Kiraz aldığı yaralardan xəstəxanada dünyasını dəyişib.
Oxu.Az RİA Novosti-yə istinadla xəbər verir ki, xəstəxananın nümayəndəsi deyib ki, Səlim Kiraz çox ciddi yaralar almışdır.
“Biz onu burada gözləyirdik, istənilən yaralar və vəziyyət üçün hər şey hazır idi. Onun ürəyi dayandı. Həkimlərimizin bütün səylərinə baxmayaraq, onu xilas edə bilmədik”, - o deyib.
www.oxu.az