Məşhur türk aparıcı Burcu Esmersoy ötən gün pərəstişkarlarıyla bir araya gəlib.
Oxu.Az Türkiyə mətbuatına isitnadla xəbər verir ki, aparıcı Saba Tümerin suallarını cavablandıran Esmersoy şəxsi həyatından tutmuş gələcək planlarına qədər bir çox mövzuda səmimi açıqlamalar edib.

Məşhur xanımın əvvəlcə geyimlərindən bəhs edib:
“Məndən “Pulu necə qiymətləndirirsən?” deyə soruşurlar. Mən pulu ayaqqabı və paltar olaraq görmək istəyirəm. Buna görə bunlara sərf edirəm. Çox sevdiyim paltarı cırılıb köhnələnə qədər geyinərəm”.

“Qadınlar, qadınlar üçün geyinir, bu çox dəqiqdir. Çox gözəl geyimlə bir kişinin qarşısına çıxırsansa “Çox gözəl olmusan” deyir. Qadının qarşısına çıxırsansa “Kəmər taxardın, paltarın bir az uzun olub” kimi bir çox sözlərlə qulp qoyur.

Daha sonra aparıcı şəxsi həyatından danışıb:
“Bir sevgilim vardı, ondan uşağımın olmasını çox istəyirdim, amma ayrıldıq. Eşqlə iş bir arada getmir. İllərcə sınadım, amma bir cür bacara bilmədim”.

Esmersoy gözəllik sirri və mətbəxdən də bəhs edib:
“İdman, iş, qaçmaq və yoqa ilə gənc qalıram, rəqs də edirəm.Hər gün idman edirəm. Əgər etməsəm çox kilo alıram. İnsanlar məni həyatda gördükləri zaman ''Balacasınız” deyirlər. Televiziyada çox heybətli görünürmüşəm. Özümü izlədiyim zaman özümə o qədər heybətli gəlmirəm".


“Ən yaxşı bişirdiyim yemək qarnıyarıqdır. Ət yeməyi hazırlaya bilmirəm. Üç növ yeməyi 20 dəqiqədə hazırlaya bilənlərə həsəd aparıram”.

“Arda Turan dünyanın ən komik insanıdır. Mənim danışmağıma imkan vermir, həmişə öz danışır. Ən pis günümdə məni güldürən tək adamdır. Ardanın Hollandiya matçında oynamayacağı məlum idi. Hər matçdan əvvəl biz danışırıq, bu dəfə danışa bilmədim. Oynamadığı zaman çox əsəbi olur”,-deyə aparıcı bildirib.

Aparıcı sözlərinə daha sonra bu cümlələrlə davam edib:
“Mənim parladığım yer Acunun “Yok Böyle Dans" yarışmasıdır. Ona görə Acun həyatımdakı ən qiymətli üç adamdan biridir.

“Gözəllik yarışmasına qatılanda, iştirakçılar arasında ən qısa boylu idim. Çağlayla (Şıkel) aramızda iki qarış fərq var”.
Aytən Sadıqzadə