Gözlənilməz bəyanat və davranışlarla məşhur olan Venesuela prezidenti Nikolas Maduro çərşənbə axşamı, şəhər küçələrinin birində boks döyüşünə çıxaraq yenə də hamını təəccübləndirib.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu, prezidentin Koxedes ştatının şəhərlərindən birinə səfəri zamanı baş verib. Küçədə gənc boksçu və hip-hop üslubunda ifaçı Qandi Aroçu ilə rastlaşan Maduro anidən boksçu mövqeyini tutub və rəqibə zarafatyana rinq təklif edib, Amerika TV portalı xəbər verir.
Mütəxəssislərin fikrincə, boksda Venesuela prezidenti Aroçeyin zərbələrindən sonra məşhur boksçu Məhəmməd Əlinin üslubunu təqlid etməyə cəhd edib, zərbələrdən çəkilir və “zərbələri” endirərkən özünü Kassisusom Kley (Məhəmməd Əlinin adı belə idi) ilə müqayisə edib.