İstanbulda xüsusi əməliyyat nəticəsində prokuror Mehmet Səlim Kirazı girov götürən terrorçular məhv edilib.
Oxu.Az APA-ya istinadən verdiyi xəbərə görə, əməliyyat zamanı prokuror yüngül xəsarət alıb.
Xatırladaq ki, martın 31-də İstanbulun Çağlayan məhəlləsində yerləşən Ədliyyə Sarayına daxil olan terrorçular 14 yaşlı Berkin Əlvanın öldürülməsi ilə bağlı cinayət işinin istintaqını aparan prokuror Mehmet Səlim Kirazı girov götürmüşdülər.
18:14
Türkiyənin xüsusi təyinat qüvvələri İstanbulda prokurorluq binasına daxil olub. Öncə binada prokuror Səlim Kiraz silahlı şəxslər tərəfindən girov götürülüb.
Oxu.Az RİA Novosti-yə istinadla xəbər verir ki, silahlılar bildiriblər ki, prokuroru azad etməyə cəhd olarsa, o öldürüləcək.
Hazırda prokurorluq binası polis tərəfindən mühasirəyə alınıb, əməkdaşlar təxliyyə edilib.
17:14
İstanbulda qırmızı maskalı şəxslər dövlət prokuroru Mehmet Səlim Kirazı girov götürüblər.
Oxu.Az xarici mətbuata istinadla xəbər verir ki, ilkin məlumatlara əsasən, prokurorun kabinetində Türkiyədə fəaliyyəti qadağan edilmiş radikal solçu “Üsyankar xalq azadlıq partiya-cəbhəsi” təşkilatının 6 nəfər üzvü var.
Yaraqlılar üç saat ərzində Berkin Elvanın qatillərini onlara təhvil verilməsini tələb ediblər. Prokuror Berkin Elvanın qətli ilə bağlı işdə ittihamçı qismində çıxış edir.
www.oxu.az