ABŞ-ın “Miz Mooz” şirkəti “selfis çəkilişləri üçün qadın ayaqqabılarını təqdim edib.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, “Selfie Shoes” adlanan ayaqqabılar firmanın onlayn mağazasında199 dollara satılacaq.
Tuflilər aprelin 2-dən etibarən satışa çıxarılacaq.
Tuflinin forması onların ön hissəsinə mobil telefonu yerləşdirməyə imkan verir. Tufli sahibi ayağını qaldırmaqla barmağı ilə ayaqqabının içindəki xüsusi klavişə basaraq "selfi" çəkdirə bilər.