ABŞ-nin "Google" şirkəti öz axtarış sistemində süni intellektə əsaslanan çat-botunun analoqunu quraşdırıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat verib.
Qeyd olunub ki, müvafiq texnologiya tərtibatçılar üçün illik konfransda təqdim olunub. Yenilik istifadəçilərin "ChatGPT"yə bənzər sual-cavab formatında dialoq apara biləcəyini nəzərdə tutur.
Nəşr vurğulayıb ki, "Google" bu cür funksiyaların həyata keçirilməsi istiqamətində ilk addımlarını 2024-cü ildə "AI Overviews" - müxtəlif mənbələrdən alınan məlumatlardan istifadə edərək istifadəçi sorğularına cavab verən sistemin yaradılması zamanı atıb.
Təqdimat zamanı yeni süni intellekt axtarış sistemi texnologiyasına reklamın tətbiqi məsələsi müzakirə olunmayıb.