"Google" axtarış sistemində uyğun olmayan məzmunun yayılmasına nəzarət etmək üçün yeni tədbirlər elan edib. Bu qərar, aidiyyəti tərəflərin razılığı olmadan süni intellekt alətlərindən istifadə etməklə yaradılan şübhəli məzmunun artması probleminə cavab olaraq qəbul edilib.
Oxu.Az Gazeta.ru-ya istinadən bildirir ki, əgər süni intellekt tərəfindən yaradılan məzmuna onların icazəsi olmadan real insanın şəkli daxildirsə, həmin şəxs indi onun axtarış nəticələrindən silinməsini tələb edə bilər. "Google" təsdiq edib ki, sorğu etibarlı olarsa, şirkət bütün oxşar nəticələri filtrləyəcək və dublikat şəkilləri siləcək.
Şirkət, həmçinin saxta məzmunun axtarış nəticələrində yüksək yer tutmasının qarşısını almaq üçün sıralama alqoritmlərini təkmilləşdirib.
"Google" süni intellekt tərəfindən yaradılan qeyri-müəyyən məzmuna sahib olan saytlara trafikin əsas mənbəyidir. Xüsusilə, bu, erotik və pornoqrafik məzmuna aiddir. Bununla bağlı, "Google" artıq süni intellekt məzmun siyasətini pozduğu üçün axtarışlardan çoxlu sayda səhifəsi silinmiş veb-saytların reytinqini aşağı salır.
Rəylər