Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

"Google" Trampın andiçmə mərasiminə 1 milyon dollar ianə edib
"Google" ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın inauqurasiya fonduna 1 milyon dollar ayırıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Politico" yazıb.
"Google" 2025-ci ilin inauqurasiyasını "YouTube"da canlı yayımlamaq və ana səhifəmizdə keçid linki göstərməklə dəstəkləməkdən məmnundur. Biz andiçmə komitəsinə də ianə etmişik", - şirkətin hökumətlə əlaqələr üzrə rəhbəri Karen Bhatia bazar ertəsi verdiyi açıqlamada bildirib.
Nəşrin məlumatına görə, ABŞ texnologiya sənayesinin nümayəndələri seçilmiş prezidentlə fəal şəkildə əlaqələr qurmağa çalışırlar. Belə ki, "Google" ilə yanaşı "Meta", "Amazon", "OpenAI" və "Apple" kimi böyük şirkətlər də inaqurasiya fonduna pul köçürüblər.
"Google" teqi üzrə xəbərlər
- "Google"un hər istifadəçisinin öz rəqəmsal barmaq izi var
- "Google" Novruz bayramı münasibətilə dudl hazırlayıb
- Yüzlərlə Hollivud aktyoru süni intellektə məhdudiyyət qoyulmasını tələb edir
- "Google"un Rusiya telekanallarına borcu 91.5 kvintilyon rubl dəyərindədir
- Smartfon öz sahibinin çılpaq videosunu onun yaxınlarına göndərdi