Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Gözlərin altındakı qara dairələr nəyin işarəsidir?
Gözlərin altındakı qara dairələr adətən yorğunluq və yuxusuzluq ilə assosiasiya olunur ki, bu da sağlamlıqla bağlı problemlərdən xəbər verən həyəcan siqnalı ola bilər.
Oxu.Az-ın xəbərinə görə, bu barədə rusiyalı cərrah, Rusiya Dövlət Təhsil Universitetinin Tibb fakültəsinin Cərrahiyyə kafedrasının müəllimi Aleksandr Umnov Lenta.ru-ya müsahibəsində danışıb.
Cərrah qeyd edib ki, əksər hallarda göz altındakı qançırlar kəllə əsasının, yuxarı çənənin və ya göz yuvası (orbital) sümüklərinin sınıqları zamanı yaranan travmaların nəticəsidir. Lakin bu qançırlar həmçinin qaraciyər və ürək-damar funksiyalarının pozulması kimi gizli patologiyaların da göstəricisi ola bilər.
"Nəzəri cəhətdən, qaraciyər xəstəlikləri zamanı damar yatağının keçiriciliyi pozula bilər ki, bu da diapidez qanaxmalara gətirib çıxarır, bu zaman qan elementlərinin müxtəlif yerlərdə damarların divarlarından sızması baş verir", - deyə Aleksandr Umnov bildirib.
"Belə patologiyalarla onkotik təzyiqin saxlanmasına cavabdeh olan zülalların ifrazı pozulur və bu da qanaxmaya səbəb olur", - deyə həkim əlavə edib.
"Rusiya" teqi üzrə xəbərlər
- Abbas Əraqçı: "Putinin Tehrana səfərinə hazırlıq gedir"
- Zelenski: "Trampın iştirakı Putini görüşə gəlməyə həvəsləndirə bilər"
- Rusiyada körpəsini diri-diri dondurmağa cəhd edən qadın həbs olundu
- Rusiyada ev heyvanlarının saxlanması ilə bağlı qərar: 121 növə qadağa qoyuldu
- Kosaçov: "Kiyev ultimatumlardan imtina edərsə, Rusiya ilə danışıqlar daha məhsuldar olacaq"