İtaliyanın "Sky" televiziya şəbəkəsi "Gucci" ailəsi haqqında serialın anonsunu yayımlayıb.
Oxu.Az xəbər verir ki, çəkilişlər 2026-cı ilin yazında başlayacaq.
"Gucci: Game Over" adlı altı hissədən ibarət layihənin rejissoru Qabriele Muççino olacaq.
Ssenari Maurizio Quccinin xatirələri əsasında hazırlanıb.
Qeyd edək ki, serial Ridli Skottun "House of Gucci" (2021) filminin ailə üzvləri arasında qəzəb doğurmasından dörd il sonra çəkiləcək. "Sky Studios"un baş direktoru Nils Hartmannın sözlərinə görə, serial dəb evi ilə bağlı italyan perspektivini təqdim edəcək.