Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Günəşdə güclü partlayışlar baş verdi
Fevralın 3-də Günəşdə sondan əvvəlki güc sinfində olan 7 partlayış baş verib.
Oxu.Az-ın "Komsomolskaya Pravda" nəşrinə istinadən xəbərinə görə, bu barədə Tətbiqi Geofizika İnstitutu və Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının və Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutunun saytında məlumat dərc olunub.
Məlumata görə, ən güclü partlayış Moskva vaxtı ilə təxminən səhər saat 7-də (Bakı vaxtı ilə 8-də) baş verib və 12 dəqiqə davam edib.
Partlayış aktivliyinin indeksi hazırda 10 ballıq şkala üzrə 8.7-dir. Yaxın iki gündə "X" sinfindən partlayışların baş vermə ehtimalı yüksəkdir.
Alimlərin fikrincə, Günəş aktivliyinin artması qlobal xarakter daşıyır. Ötən gün, fevralın 2-də ulduzun görünməyən tərəfində böyük partlayışlar, bu gecə isə daha bir partlayış qeydə alınıb. Aktiv mərkəzlər mərkəzi meridiana çıxıb ki, bu da onları maksimum təsir dövründə planetimiz üçün xüsusilə təhlükəli edir.
Rəylər