Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Günəşin koronavirusa təsiri açıqlanıb
Günəş şüasına məruz qaldıqda SARS-CoV-2 koronavirusu sürətlə təsirsiz hala düşür.
Lenta.ru-nun məlumatına görə, ABŞ, Böyük Britaniya və İsveçrədən olan beynəlxalq elm adamları qrupu bununla bağlı sübutlar irəli sürüblər.
Bildirilir ki, “Günəş şüaları ilə virusun təsirsizləşdirmə nəzəriyyəsi”nə görə “ultrabənövşəyi B” şüası virusun RNT-sinə təsir göstərir və ona zərər verir. Ancaq təcrübələr göstərir ki, virusun təsirsizləşməsi nəzəriyyədə proqnozlaşdırdığından çox daha sürətli baş verir və cəmi 10-20 dəqiqə çəkir. Buna görə tədqiqatın müəllifləri işığın SARS-CoV-2 üzərində təsirinə vasitəçilik edən əlavə bir mexanizm olduğu qənaətinə gəliblər.
Araşdırma müəllifləri bu mexanizmin nə olduğunu dəqiq bilməsələr də, virusa “ultrabənövşəyi B” şüasından əlavə “ultrabənövşəyi A”nın da mənfi təsir etdiyini düşünürlər.
Rəylər