Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Güney Azərbaycandan olan körpə uzun illər sonra doğum şəhadətnaməsi alıb
Güney Azərbaycanın Culfa şəhərindən olan Huntay adlı körpəyə İranın Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı İdarəsi 6 ildən sonra doğum haqqında şəhadətnamə verib.
Oxu.Az "Azad İran" "Telegram" kanalına istinadən bildirir ki, bu barədə İranda İnsan Haqları Müdafiəçiləri Qrupu - HRANA məlumat verib.
Məlumata görə, İranın Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı İdarəsi uşağa türk adını daşıdığı üçün şəhadətnamə verməkdən imtina edirdi. Huntayın valideynləri övladlarına doğum haqqında şəhadətnamə almaq üçün mübarizə aparırdılar.
Qeyd olunur ki, Huntay 6 il ərzində şəxsiyyəti təsdiq edən sənədlərin olmaması səbəbindən tibbi, sosial və təhsil xidmətlərindən məhrum olub.
"Güney Azərbaycan" teqi üzrə xəbərlər
- İranda Güney Azərbaycanın futbol komandasının oyunçuları hücuma məruz qalıblar
- Suriyadan sonra növbə İrandadır? - "Təkliflər mövcud rejimin ömrünün uzadılması üçün ortaya atılır"
- Güneyli fəallar Azərbaycanla həmrəylik nümayiş etdiriblər
- Güneyli fəallar Azərbaycana və Türkiyəyə qarşı təhqirlərə etiraz ediblər
- Güney Azərbaycandan olan vəkil İranın məşhur həbsxanasında hücuma məruz qalıb