Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Bakının mərkəzində tülkü peyda oldu: Maraqlı görüntülər
Sosial şəbəkələrdə şəhərin mərkəzində gəzən tülkünün görüntüləri yayılıb.
Adətən şəhərdən bir qədər kənar ərazilərdə gözə dəyən tülkülərə indi şəhərin mərkəzində, Dənizkənarı Milli Parkda da rast gələ bilərsiniz.
"Parkda tülkünün olması düzgün deyil. Bilmək olmaz, birdən ac olar, uşağın üzərinə cumar", - sakin Baku TV-yə deyib.
Məsələ ilə bağlı Dənizkənarı Bulvar İdarəsindən bildirilib ki, tülkü və ya buna bənzər canlılara rast gələndə bu zaman Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "168" Çağrı Mərkəzinə müraciət edilir.
Nazirliyin aidiyyəti struktur bölmələri həmin canlıların bulvar ərazisindən müvafiq qaydada uzaqlaşdırılması istiqamətində zəruri addımlar atır. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə qeyd olunub ki, məsələdən artıq xəbərdardırlar. Nazirliyin nəzdində fəaliyyət göstərən Bioloji Müxtəlifliyin Qorunması Xidməti tərəfindən zəruri tədbirlər görüləcək.
Ətraflı süjetdə:
"Baku TV" teqi üzrə xəbərlər
- Xronika: "Tarixi yer adlarını müxtəlif üsullarla unutdurmaq üçün ermənilərin gizli planları"
- Nəriman Nərimanovun heykəli istiqamətində gedən yolda mövcud olan PROBLEMLƏR
- 72 gün dağda qalanların möcüzəvi qurtuluşu
- İrandan ölkəmizə göndərilən qidalar barədə XƏBƏRDARLIQ
- Xəzər sahillərində nə baş verir? - Xəbərlərin 20:00 buraxılışı
Rəylər