Gürcüstan hökumətinin başçısı İrakli Kobaxidze tərəfindən Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəisi postuna Tamaz Boraşvilinin namizədliyi təqdim edilib.
Oxu.Az xəbər verir ki, baş nazir bu qərarını Administrasiyada keçirilən brifinq zamanı ictimaiyyətə açıqlayıb.
Qeyd edək ki, T.Boraşvili indiyə qədər Dövlət Təhlükəsizlik Xidməti rəisinin müavini vəzifəsində fəaliyyət göstərirdi.
Xatırladaq ki, qurumun bundan əvvəlki rəhbəri Qeka Qeladze qısa müddət öncə şəxsi sosial şəbəkə hesabında tutduğu vəzifədən istefa verdiyini bəyan etmişdi.
Geka Geladze Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəhbəri vəzifəsindən gedib.
Oxu.Az xəbər verir ki, bu barədə qurumun rəsmi internet səhifəsində məlumat dərc olunub.
Gürcüstan parlamenti aprelin 28-də Geka Geladzeni ölkənin Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri postuna təsdiq etmişdi. Bu təyinatdan əvvəl o, DTX rəhbərinin müavini işləyib, daha sonra isə 2025-ci ilin may ayında Gürcüstanın Daxili İşlər Nazirliyinə rəhbərlik edib.
"Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri vəzifəsini tərk etmək qərarına gəldim. Siyasi komanda ilə aparılan məsləhətləşmələrdən sonra fəaliyyətimi başqa bir qurumda davam etdirəcəyəm və bundan sonra da ölkəmizin, cəmiyyətimizin maraqlarına tam məsuliyyətlə xidmət edəcəyəm", - deyə Geladze qeyd edib.
Onun sözlərinə görə, DTX-nin rəhbəri postunu tutmaq böyük bir məsuliyyət və Gürcüstana xidmət etmək üçün mühüm bir fürsət olub.