Bakı sakinlərinin və şəhərimizin qonaqlarının asudə vaxtlarını səmərəli keçirmələri üçün içərisində olduğumuz həftədə paytaxtda bir çox tamaşalar, konsertlər baş tutacaq.
Oxu.Az xəbər verir ki, sentyabrın 14-dən 20-dək olan müddətdə planlaşdırılan mədəniyyət tədbirlərindən bəzilərinin afişasını təqdim edirik.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında:
Sentyabrın 16-da və 17-də saat 19:00-da Fyodor Dostoyevskinin "Dayının yuxusu" tamaşası olacaq.
Quruluşçu rejissoru Mikayıl Mikayılovdur.
Biletlərin qiyməti 10-25 manatdır.

Sentyabrın 18-də saat 19:00-da Əli Əmirlinin "Varlı qadın" tamaşası nümayiş etdiriləcək.
Quruluşçu rejissor Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.
Biletlərin qiyməti 10-25 manatdır.

Sentyabrın 19-da saat 19:00-da Hüseyn Cavidin "İblis" faciəsinin motivləri əsasında "İblis və..." tamaşası oynanılacaq.
Fəlsəfi-dekonstruktiv metadram janrında olan tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadədir.
Biletlərin qiyməti: 10-25 manat.

Sentyabrın 20-də saat 19:00-da Cəfər Cabbarlının "Aydın" tamaşası olacaq.
Quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmovdur.
Biletlərin qiyməti 10-25 manatdır.

Milli Gənc Tamaşaçılar Teatrının səhnəsində:
Sentyabrın 20-də saat 19:00-da Mirzə Fətəli Axundzadə "Hacı Qara" tamaşası oynanılacaq.
Quruluşçu rejissor Xalq artisti Cənnət Səlimovadır.
Biletlərin qiyməti: 10-15 manat.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı:
Sentyabrın 18-də saat 19:00-da Kamal Abdullanın "Gülçöhrə və Əsgər" musiqili dramı baş tutacaq.
Quruluşçu rejissor Əməkdar incəsənət xadimi, Prezident mükafatçısı Əsgər Əsgərovdur.
Biletlərin qiyməti: 10-20 manat.

Sentyabrın 19-da saat 19:00-da Üzeyir Hacıbəylinin "Ər və arvad" ikihissəli musiqili komediyası oynanılacaq.
Tamaşanın quruluşçu rejissoru Yusif Əkbərovdur.
Biletlərin qiyməti: 8-15 manat.

Sentyabrın 20-də saat 19:00-da Məhəmməd Füzulinin "Leyli və Məcnun" poemasının motivləri əsasında hazırlanan eyniadlı "Leyli və Məcnun" tamaşası olacaq.
Quruluşçu rejissor və libretto müəllifi Samir Qulamovdur.
Biletlərin qiyməti: 8-15 manat.

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı:
Sentyabrın 19-da saat 17:00-da Rəşid Behbudov adına Mahnı Teatrının səhnəsində dahi bəstəkar Üzeyir Hacıbəyovun ölməz əsərləri səslənəcək. Xalq artisti Fidan Hacıyeva və gənc solistlər "Mezzo" Kamera Orkestrinin müşayiəti ilə dahi bəstəkarın unudulmaz əsərlərini dinləyicilərə təqdim edəcəklər.
Biletlərin qiyməti: 15-25 manat.

Heydər Əliyev Sarayı:
Sentyabrın 16-da saat 19:00-da Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operası.
Quruluşçu rejissor Əməkdar artist Nicat Kazımov, dirijor Əməkdar artist Əyyub Quliyevdir.
Biletlərin qiyməti: 15-45 manat.
