Bakı sakinlərinin və şəhərimizin qonaqlarının asudə vaxtlarını səmərəli keçirmələri üçün içərisində olduğumuz həftədə paytaxtda bir çox tamaşalar, konsertlər baş tutacaq.
Oxu.Az xəbər verir ki, iyunun 29-dan iyulun 5-dək müddətdə planlaşdırılan mədəniyyət tədbirlərinin afişasını təqdim edirik.
İyunun 30-da saat 19:00-da Xalq yazıçısı İlyas Əfəndiyevin "Hökmdar və qızı" pyesi əsasında hazırlanan "Qarabağnamə" tamaşası oynanılacaq. Quruluşçu rejissor Xalq artisti Mərahim Fərzəlibəyovdur.
Biletlərin qiyməti: 8-15 manat.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı:
İyulun 5-də saat 19:00-da Oqtay Kazımi və Ramiz Heydərin "Qızıl toy" tamaşası nümayiş etdiriləcək.
Tamaşanın quruluşçu rejissoru Yusif Əkbərovdur.
Biletlərin qiyməti 7-15 manatdır.

Heydər Əliyev Sarayı:
İyunun 30-da saat 19:00-da Cüzeppe Verdinin "Otello" operası təqdim olunacaq.
Biletlərin qiyməti 15-45 manat arasında dəyişir.

İyulun 4-6-da saat 20:00-da Xalq artisti Eyyub Yaqubovun konserti olacaq.
Biletlərin qiyməti: 25-125 manat.
