Bakı sakinlərinin və şəhərimizin qonaqlarının asudə vaxtlarını səmərəli keçirmələri üçün içərisində olduğumuz həftədə paytaxtda bir çox tamaşalar, konsertlər baş tutacaq.
Oxu.Az noyabrın 10-dan 16-dək olan müddətdə planlaşdırılan mədəniyyət tədbirlərindən bəzilərinin afişasını təqdim edir.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında:
Noyabrın 11-də saat 19:00-da Fyodor Dostoyevskinin "Dayının yuxusu" tamaşası olacaq.
Quruluşçu rejissoru Mikayıl Mikayılovdur.
Biletlərin qiyməti 10-25 manatdır.

Noyabrın 12-də saat 19:00-da A.Saqarelinin "Xanuma" tamaşası baş tutacaq.
Biletlərin qiyməti 8-15 manatdır.

Noyabrın 13-də saat 19:00-da Vilyam Şekspirin "Kral Lirin faciəsi" tamaşası planlaşdırılıb.
Tamaşanın quruluşçu rejissoru David Sakvarelidzedir.
Biletlərin qiyməti 10-25 manatdır.

Noyabrın 14-də saat 19:00-da Şıxəli Qurbanovun "Sənsiz" tamaşası təqdim ediləcək.
Tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadədir.
Biletlərin qiyməti 10-20 manatdır.

Noyabrın 15-də saat 19:00-da Hüseyn Cavidin "İblis" faciəsinin motivləri əsasında "İblis və..." tamaşası nümayiş olunacaq.
Fəlsəfi-dekonstruktiv metadram janrında olan tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadədir.
Biletlərin qiyməti: 10-25 manat.

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı:
Noyabrın 13-də saat 19:00-da İlqarə Tosovanın "Polkovnikə məktub" tamaşası oynanılacaq.
Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Ayşad Məmmədovdur.
Biletlərin qiyməti 10 manatdır.

Noyabrın 14-də saat 19:00-da Samuel Bekketin "Qodo həsrətində" tamaşası təqdim olunacaq.
Quruluşçu rejissor Əməkdar artist Şövqi Hüseynovdur.
Biletlərin qiyməti: 10 manat.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında:
Noyabrın 12 və 14-də saat 19:00-da "Şahmaran" tamaşası nəzərdə tutulub.
Tamaşanın quruluşçu rejissoru İradə Gözəlovadır.
Biletlərin qiyməti: 10-20 manat.

Noyabrın 13-də saat 19:00-da dünyaşöhrətli musiqiçi Elvis Preslinin ölməz əsərləri əsasında "Sən kralsan" tamaşası oynanılacaq.
Müzikl janrında olan tamaşanın libretto müəllifi və quruluşçu rejissoru Ələkbər Tağızadədir.
Biletlərin qiyməti: 10-25 manat.

Noyabrın 15-də saat 19:00-da yazıçı-dramaturq Sabit Rəhmanın "Əliqulu evlənir" pyesi əsasında Xalq artisti İlham Namiq Kamalın librettosu və quruluşunda "Əliqulu bu gün evlənir" komediyası reallaşacaq.
Tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayevdir.
Biletlərin qiyməti 8-15 manatdır.

Azərbaycan Dövlət Yuğ Teatrı:
Noyabrın 13-də saat 19:00-da Karel Çapekin "Ana" tamaşası oynanılacaq.
Quruluşçu rejissor Gümrah Ömərdir.
Biletlərin qiyməti: 5-15 manat.

Noyabrın 14-də saat 19:00-da "P.A.N.D.A." tamaşası (quruluşçu rejissor Mikayıl Mikayılov) təqdim ediləcək.
Biletlərin qiyməti: 5-15 manat.

Noyabrın 15-də saat 19:00-da İsmayıl İmanın "Əziz Ata" tamaşası oynanılacaq.
Quruluşçu rejissor Tural Mustafayevdir.
Biletlərin qiyməti: 5-15 manat.

Heydər Əliyev Sarayında:
Noyabrın 11-də saat 20:00-da Gökhan Türkmenin konserti olacaq.
Biletlərin qiyməti: 35-180 manat.
