Bakı sakinlərinin və şəhərimizin qonaqlarının asudə vaxtlarını səmərəli keçirmələri üçün içərisində olduğumuz həftədə paytaxtda bir çox tamaşalar, konsertlər baş tutacaq.
Oxu.Az oktyabrın 20-dən 25-dək olan müddətdə planlaşdırılan mədəniyyət tədbirlərindən bəzilərinin afişasını təqdim edir.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında:
Oktyabrın 22-də saat 19:00-da Kamal Abdullanın "Sehrbazlar dərəsi" tamaşası səhnəyə qoyulacaq.
Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.
Biletlərin qiyməti 10-25 manatdır.

Oktyabrın 23-də saat 19:00-da İlyas Əfəndiyevin "Xurşidbanu Natəvan" tamaşası planlaşdırılıb.
Quruluşçu rejissor Xalq artisti Mərahim Fərzəlibəyovdur.
Biletlərin qiyməti 8-15 manatdır.

Oktyabrın 24-də saat isə 19:00-da Mikayıl Müşfiqin nakam ömrü, yarımçıq qalmış yaradıcılığı və məhv edilmiş məhəbbəti haqqında olan "Ah, bu uzun sevda yolu" tamaşası oynanılacaq.
Tamaşanın quruluşçu rejissoru Xalq artisti Azər Paşa Nemətovdur.
Biletlərin qiyməti: 10-20 manat.

Oktyabrın 25-də saat 19:00-da "LƏNG: Zamanla yarışan insan" tamaşası nəzərdə tutulub.
Quruluşçu rejissor Əməkdar artist Bəhruz Vaqifoğludur.
Biletlərin qiyməti: 10-25 manat.

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında (GTT):
Oktyabrın 23-də saat 19:00-da "Biganə məşuq" tamaşası nümayiş olunacaq.
Biletlərin qiyməti 10 manat.

Oktyabrın 24-də saat 19:00-da "Pullu komediya" tamaşasının premyerası keçiriləcək.
Quruluşçu rejissor Əməkdar artist Nicat Mir Kazımovdur.
Biletlərin qiyməti: 10-15 manat.

Oktyabrın 25-də saat 19:00-da İlqar Fəhminin "Şah Abbas Namə" tamaşası oynanılacaq.
Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Mir Kazımovdur.
Biletlərin qiyməti 10-15 manatdır.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında:
Oktyabrın 22-də saat 19:00-da böyük fransız yazıçısı Viktor Hüqonun "Paris Notr-Dam kilsəsi" romanının motivləri əsasında hazırlanan "Paris Notr-Dama ithaf" tamaşası olacaq.
Tamaşanın quruluşçu rejissoru və librettonun müəllifi Samir Qulamovdur.
Biletlərin qiyməti 10-20 manatdır.

Oktyabrın 25-də saat 19:00-da Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" tamaşası nəzərdə tutulub.
Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimovadır.
Biletlərin qiyməti: 8-15 manat.

Azərbaycan Dövlət Yuğ Teatrında (Kukla Teatrının binasında):
Oktyabrın 21-də saat 19:00-da "Elçilik" tamaşası nümayiş etdiriləcək.
Biletlərin qiyməti 5-15 manatdır.

Oktyabrın 24-də saat 19:00-da dramaturq Toyğun Orbayın "21:15 qatarı" tamaşası nümayiş etdiriləcək.
Quruluşçu rejissor Mikayıl Mikayılovdur.
Biletlərin qiyməti: 5-15 manat.

Oktyabrın 25-də saat 19:00-da İmadəddin Nəsiminin 650 illiyinə həsr olunan "Mənəm, mən..." mistik-psixoloji dramı oynanılacaq.
Quruluşçu rejissor Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadədir.
Biletlərin qiyməti: 5-15 manat.

Heydər Əliyev Sarayı:
Oktyabrın 24, 25 və 27-də saat 19:00-da Cakomo Puççininin 3 pərdəli "Turandot" operası səhnələşdiriləcək.
Quruluşçu rejissor Mikayıl Mikayılov, dirijor Əməkdar artist Əyyub Quliyevdir.
Biletlərin qiyməti: 20-60 manat.
