"El-Ninyo" iqlim hadisəsi qışın əvvəlinə qədər öz pik həddinə, 100% ehtimalla, çatacaq.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Reuters" agentliyi Yaponiya meteoroloji bürosuna istinadən xəbər verir.
Sinoptiklərin bildirdiyinə görə, "El-Ninyo" Şimal yarımkürəsində 2027-ci ilin yazınadək öz təsirini qoruyub saxlayacaq. Hazırkı epizod 2026-cı ilin yazından müşahidə olunur.
Qaynar xətt:
(055) 224 12 12