Bakı sakinlərinin və şəhərin qonaqlarının asudə vaxtlarını səmərəli keçirmələri üçün 25-31 may tarixləri aralığında paytaxtda bir çox tamaşalar, konsertlər baş tutacaq.
Oxu.Az içərisində olduğumuz həftənin mədəniyyət tədbirlərinin afişasını təqdim edir.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında:
İyunun 7-də saat 19:00-da gürcü nasiri Qoderzi Çoxelinin "Küknarlara məktub" hekayəsi əsasında hazırlanmış eyniadlı tamaşa planlaşdırlıb.
Quruluşçu rejissor Nigar Güləhmədovadır.
Biletlərin qiyməti: 10-12 manat.

Milli Gənc Tamaşaçılar Teatrının səhnəsində:
İyunun 7-də saat 19:00-da M.F.Axundzadənin "Hekayəti-Xırs quldurbasan" birhissəli komediyası oynanılacaq.
Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimovadır.
Biletlərin qiyməti: 10-15 manat.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında:
İyunun 7-də saat 12:00-da özbək yazıçısı İbrahim Sadiqovun "Molla Nəsrəddinin beş arvadı" tamaşası təqdim ediləcək.
Quruluşçu rejissor Əsgər Əsgərovdur.
Biletlərin qiyməti 8-15 manatdır.

Azərbaycan Dövlət Yuğ Teatrı (Kukla Teatrının binasında):
İyunun 6-da da saat 19:00-da İmadəddin Nəsiminin 650 illiyinə həsr olunan "Mənəm, mən..." mistik-psixoloji dramı oynanılacaq.
Quruluşçu rejissor Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadədir.
Biletlərin qiyməti: 5-15 manat.

İyunun 7-də saat 19:00-da dramaturq Toyğun Orbayın "21:15 qatarı" tamaşası nümayiş etdiriləcək.
Quruluşçu rejissor Mikayıl Mikayılovdur.
Biletlərin qiyməti 5-15 manatdır.

Heydər Əliyev Sarayı:
İyunun 5-də saat 20:00-da Böyük Azərbaycan şairi Səməd Vurğunun zəngin yaradıcılığına həsr olunmuş poeziya gecəsi olacaq.
Biletlərin qiyməti: 20-140 manat.

İyunun 7-də saat 19:00-da "Anna Karenina" tamaşası nəzərdə tutulub.
Quruluşçu rejissor Gjorgji Rizeskidir.
Biletlərin qiyməti: 15-20 manat.
