Bakı sakinlərinin və şəhərin qonaqlarının asudə vaxtlarını səmərəli keçirmələri üçün 15-21 iyun tarixləri aralığında paytaxtda bir çox tamaşalar, konsertlər baş tutacaq.
Oxu.Az bu həftənin mədəniyyət tədbirlərinin afişasını təqdim edir:
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında:
İyunun 17-də saat 19:00-da Vilyam Şekspirin "Kral Lirin faciəsi" tamaşası olacaq.
Ekzistensial faciə janrında səhnələşdirilən tamaşanın quruluşçu rejissoru Şota Rustaveli adına Gürcüstan Milli Teatrının Baş rejissoru David Sakvarelidzedir.
Biletlərin qiyməti 10-50 manatdır.

İyunun 18-də saat 19:00-da Anarın "Dantenin yubileyi" tamaşası oynanılacaq.
Tamaşanın quruluşçu rejissoru Ərşad Ələkbərovdur.
Biletlərin qiyməti 8-15 manatdır.

İyunun 19-da saat 19:00-da Hüseyn Cavidin "İblis" faciəsinin motivləri əsasında "İblis və..." tamaşası oynanılacaq.
Fəlsəfi-dekonstruktiv metadram janrında olan tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadədir.
Biletlərin qiyməti: 10-25 manat.

İyunun 20-də saat 19:00-da İlyas Əfəndiyevin "Xurşidbanu Natəvan" tamaşası planlaşdırılıb.
Quruluşçu rejissor Xalq artisti Mərahim Fərzəlibəyovdur.
Biletlərin qiyməti 8-15 manatdır.

İyunun 21-də saat 19:00-da "LƏNG: Zamanla yarışan insan" tamaşası nəzərdə tutulub.
Quruluşçu rejissor Əməkdar artist Bəhruz Vaqifoğludur.
Biletlərin qiyməti: 10-25 manat.

Milli Gənc Tamaşaçılar Teatrının səhnəsində:
İyunun 20-də saat 19:00-da Cəfər Cabbarlının "Solğun Çiçəklər" tamaşası oynanılacaq.
Tamaşanın quruluşçu rejissoru Səbinə Məmmədzadədir.
Biletlərin qiyməti 10 manatdır.

İyunun 21-də saat 19:00-da İlqar Fəhminin "Şah Abbas Namə" tamaşası oynanılacaq.
Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Mir Kazımovdur.
Biletlərin qiyməti 10-15 manatdır.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında:
İyunun 19-da saat 19:00-da Məhəmməd Füzulinin "Leyli və Məcnun" poemasının motivləri əsasında hazırlanan eyniadlı "Leyli və Məcnun" tamaşası olacaq.
Quruluşçu rejissor və libretto müəllifi Samir Qulamovdur.
Biletlərin qiyməti: 8-15 manat.

İyunun 20-də saat 19:00-da Kamal Abdullanın "Gülçöhrə və Əsgər" musiqili dramı baş tutacaq.
Quruluşçu rejissor Əməkdar incəsənət xadimi, Prezident mükafatçısı Əsgər Əsgərovdur.
Biletlərin qiyməti: 10-20 manat.

İyunun 21-də saat 19:00-da türk dünyasının tanınmış yazıçı-dramaturqu Tuncər Çücənoğlunun "Matroşka" pyesi əsasında "Qadınım" tamaşası olacaq.
Əsərin plastik həlli Əməkdar artist Nigar Şahmuradovaya aiddir.
Biletlərin qiyməti: 8-15 manat.

Azərbaycan Dövlət Yuğ Teatrında (Kukla Teatrının binasında):
İyunun 19-da saat 19:00-da yapon dramaturq Koki Mitaninin əsəri əsasında hazırlanan "Master-klass" tamaşası oynanılacaq.
Tamaşanın quruluşçu rejissoru Gümrah Ömərdir.
Biletlərin qiyməti: 5-15 manat.

İyunun 20-də saat 19:00-da Anton Pavloviç Çexovun məşhur "Albalı bağı" əsəri əsasında hazırlanan "Birinci akt" tamaşası oynanılacaq.
Tamaşanın quruluşçu rejissoru Vaqif İbrahimoğludur.
Biletlərin qiyməti 5-15 manatdır.

İyunun 21-də saat 19:00-da "P.A.N.D.A." tamaşası (quruluşçu rejissor Mikayıl Mikayılov) oynanılacaq.
Biletlərin qiyməti: 5-15 manat.

Heydər Əliyev Sarayı:
İyunun 21-də saat 19:00-da Patrik Zuskinin "Parfümer" xoreodrama tamaşası.
Tamaşanın quruluşçu rejissor Oksana Rəsulovadır.
Biletlərin qiyməti 15-120 manat.
