Sosial şəbəkələrdə Zaqatala rayonunun Kəpənəkçi kəndində əkin sahəsində suya elektrik cərəyanı verilməsi ilə bağlı yayılan görüntülərin həqiqəti əks etdirmədiyi məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, araşdırma nəticəsində məlum olub ki, sözügedən videodakı kadrlar Azərbaycanda deyil, xarici ölkələrdən birində lentə alınıb. Həmin görüntülərin Zaqatala ilə əlaqəsi yoxdur.
Zaqatalada əkin sahəsində suya elektrik cərəyanı verilir.
Oxu.Az xəbər verir ki, sosial mediada paylaşılan görüntülərdə rayonun Kəpənəkçi kəndində təsərrüfat sahəsində suya elektrik cərəyanın verilməsi nəticəsində çox sayda heyvan - siçan, pişik, bayquş tələf olub.
Paylaşımı edən istifadəçi şərhlərdə əkin sahəsini qorumaq üçün bu addımı atdığını qeyd edib.
O, suya 750 kVt elektrik cərəyanı verdiyini bildirib.
Məsələ ilə bağlı aidiyyəti qurumlara sorğu ünvanlanıb.
Sözügedən görüntüləri təqdim edirik: