Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Gürcüstan hakimiyyəti osetinlərlə müharibəyə görə üzr istəyəcək
"Gürcüstan hakimiyyəti oktyabrın 26-na təyin edilmiş parlament seçkilərində qalib gəldikdən sonra 2008-ci ildə osetinlərlə gürcülər arasındakı müharibəyə görə üzr istəməyə özündə güc tapacaq".
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili Qori şəhərində keçirilən seçki mitinqində deyib.
"Oktyabrın 26-da seçkilər başa çatdıqdan sonra, müharibənin təhrikçiləri mühakimə olunacaq və gürcü-osetin dostluğunun məhvinə görə məsuliyyət daşıyanların hamısı ən sərt hüquqi cavab alacaqlar. Fakt budur ki, müharibəni Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili və onun Vahid Milli Hərəkat Partiyası kənardan aldığı xain sifarişlə başlamışdı", - İvanişvili bildirib.
"Bidzina İvanişvili" teqi üzrə xəbərlər
- Qərb Gürcüstana Rusiya ilə müharibəyə başlamasını təklif edib?
- Gürcüstan-Qərb qarşıdurması "Kaspi"nin rakursundan: "Proses daha rəngarəng hal alacaq"
- İvanişvili ABŞ senatorları ilə görüşdən imtina edib
- Bidzina İvanişvili prezidentliyə namizəd ola bilər
- Gürcüstan siyasi böhranın astanasında: Hakim partiyanın liderlərinə qarşı terror aktı hazırlanıbmış
Rəylər