Gürcüstanda iyulun 1-dən Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) və Avropa İttifaqının (Aİ) Məlumat Mərkəzi bağlanacaq.
Oxu.Az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, məlumatı dolayısı ilə Gürcüstan Xarici İşlər Nazirliyi də təsdiq edib.
Belə ki, mərkəz yenidən qurulandan sonra Gürcüstan XİN-ə birləşdiriləcək.