Gürcüstan parlamentinin insan haqları və vətəndaş inteqrasiyası üzrə komitəsi çərşənbə axşamı - iyun ayının 30-da marixuana və çətənənin qanuniləşdirilməsi barədə qanun layihəsinin müzakirəsinə başlayıb, Oxu.Az Gürcüstan KİV-nə istinadən xəbər verir.
Daha öncə qanun layihəsinin müzakirəsi, bu mövzu Tbilisidə baş verən daşqın hadisələri fonunda yersiz göründüyü üçün iki dəfə təxirə salınıb.
Müəllifi və təşəbbüskarı müxalifətçi deputat Qoqa Xaçidzenin olduğu qanun layihəsinə çərşənbə axşamı səhiyyə və sosial müdafiə komitəsi tərəfindən baxılacaq. Cinayət Məcəlləsi və administrativ qanun pozuntuları məcəlləsinə edilən düzəlişlərə müvafiq olaraq marixuana və çətənənin həkimin göstərişi olmadan istifadəsi, saxlanılması, hətta bu hal təkrar olarsa cəzalandırılan cinayət hesab edilmir.
Söhbət administrativ həbsin 30 gündən 15 günə qədər, eləcə də cərimənin 500 laridən (222 dollar) 100 lariyə qədər (44,4 dollar) azaldılmasından gedir.