Gürcüstan parlamentinin plenar iclas zalında şifahi və fiziki qarşıdurma baş verib.
Oxu.Az bu barədə Gürcüstan KİV-ə istinadən xəbər verir.
Davada Giorgi Qaxariyanın "Gürcüstan naminə" partiyasından olan deputatlar və "Gürcü arzusu"nun üzvləri iştirak ediblər.
Münaqişə "Gürcüstan naminə" partiyasının deputatı Giorgi Şaraşidzenin çıxışından sonra başlayıb.
Qaynar xətt:
(055) 224 12 12