Ermənistan və Gürcüstan Debed çayı üzərində tikiləcək yeni sərhəd körpüsünə (Dostluq körpüsü) dair bütün məsələlərin həllinə nail olublar.
Oxu.Az news.am-a istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentində nəqliyyat və rabitə nazirinin birinci müavini Artur Arakelyan bildirib.
Bundan başqa, gürcü tərəfi 10 milyon avroluq inşaat smetasının təxminən yarısını maliyyələşdirməyə razılaşıb (başlanğıcda yalnız ermənilər tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulurdu). Ermənistan və Gürcüstan maliyyələşdirilməsinin nisbəti 40/60-a idi.
Layihələşdirən və podratçını tərəflər tender komissiyasının yardımı ilə seçəcəklər.
Bundan başqa, tərəflər tikintidə işləyənlər üçün sərhədləri keçmək barədə rejimin sadələşdirilməsi, eləcə də tikinti materiallarını gömrük rüsumlarından azad etmək barədə razılığa gəliblər.
İnşaatın bir il yarım sürəcəyi ehtimal edilir, daha dəqiq müddət layihə başa çatdıqdan sonra məlum olacaq.