Oxu.Az-ın suallarına Qafqaz Tarixi Mərkəzinin direktoru, AMEA-nın İnsan Haqları İnstitutunun elmi əməkdaşı Rizvan Hüseynov cavab verir.
- Bütün son illəri ermənilər, “soyqırım” hesab etdikləri hadisələrin 100 illik yubileyinə hazırlıq ilə keçiriblər. Amma bəzi çıxışlara baxılırsa ermənilər beynəlxalq rezonansdan razı qalmayıblar. Bu barədə sizin fikrinizi bilmək maraqlı olardı.
- “1915-ci il soyqırımı” mövzusunun dünya ermənilərini konsolidasiya edən element olması birmənalıdır. Yəni, erməni intelligensiyası ilə söhbət edərkən, bunun nəyə lazım olduğunu soruşduqda onlar, “erməni soyqırımı”nın tanınması uğrunda mübarizənin bu illər ərzində erməni identikliyinin qorunmasına, erməniləri bir məqsəd ətrafında toplamağa və ümumi erməni xəzinəsinə böyük məbləğin toplanmasına mühüm əsas olduğunu bildirirlər.
“Erməni soyqırımı” mövzusunun Avropa ölkələrində, ABŞ və SSRİ-də (sonra isə Rusiyada) irəliləməsinə erməni lobbisinin əli ilə nail olurdular, onlar bu fəaliyyəti dünya arenasında sürətlə inkişaf edən və möhkəmlənən Türkiyəyə təzyiq vasitəsi kimi istifadə edirdilər. Amma “erməni soyqırımı” mövzusunun möhkəmlik resursu, artıq 1980-ci illərdə, ermənilərin türk diplomatlarına qarşı törətdikləri qanlı terror aktlarının lazımi siyasi dividentləri gətirmədikdə azalmağa başladı.
Hər il “erməni soyqırımı” mövzusu ermənilər arasında bağlılıq vasitəsi kimi inersiya üzrə ya qaldırılır, ya da bərpa edilirdi. Bununla yanaşı bu mövzu üzrə Amerika konqresmenləri, parlament deputatları, siyasətçilər və Avropa, Rusiya və Qərb ölkələrinin strukturlarının müxtəlif xadimləri yaxşıca gəlir əldə ediblər.
- Öz kampaniyalarının azsaylı uğurları sırasında ermənilər Rusiya və Fransa prezidentinin İrəvana gəlməsini, eləcə də Roma papasının, Avropa parlamentinin, eləcə də bir sıra ölkələrin parlamentləri tərəfindən “soyqırımı” dəstəkləyən qərarları var. Həqiqətənmi, ermənilərin fəxr edəsi nə isə var? Xarici lider və dairələrin bu fəaliyyət və qərarları ermənilərə gələcəkdə siyasi dividentlər gətirə bilərmi?
- “Erməni soyqırımı” mövzusu üzrə bəzi canlanma 1915-ci il hadisələrinin 100 illiyi ərəfəsində baş verdi. Dünya erməniləri yüzilliyi daha fəal qeyd etməyi özünə borc bildi, amma erməni KİV-i və xadimlərinə müvafiq olaraq, nə Roma papasının, nə də Avropa Parlamentinin və ya digər qurumların qərarı 1915-ci il hadisələrinə Türkiyənin mövqe və fikrini dəyişə bilməz. Deməli ermənilərin sonrakı resurs və maliyyə xərclərinin erməni biznesmenləri və siyasətçiləri üçün mənası yoxdur. Onlar sadəcə zamanla gəlir gətirməyən bir şeyə pul və qüvvə sərf etməkdən imtina edirlər. Bu, normaldır.
Bundan başqa, Türkiyənin 100 illiyi bundan öncə dünya tarixinin taleyini dəyişən Dardanel döyüşündə qələbəsini təntənəli qeyd etməsi, ermənilərin “erməni soyqırımı”nın 100 illik yubileyinə diqqət çəkmək üçün bütün cəhdlərini kölgədə qoydu. Faktiki olaraq aprelin 24-də İrəvana erməni separatçılığı və terrorizminin mərkəzində duran iki ölkənin – Fransa və Rusiyanın prezidenti gəldi. Yunan Kiprinin və Serbiyanın prezidentləri isə rus və fransız həmkarlarının İrəvanda darıxmamaları üçün gəlmişdilər.
- “Soyqırım”ın 100 illiyi bütün ermənilərin istiqamətləndiyi hədəf idi. Necə hesab edirsiniz, sonrakı illərdə ermənilər nə ilə yaşayacaqlar?
- Hələ 1980-ci illərin ortalarında dünya erməniləri “soyqırım” mövzusunun artıq aktual olmadığını anladılar, bütün resurs və maliyyələrini Qarabağda münaqişəyə yatırdılar. Beləliklə, Qarabağ münaqişəsi dünya erməniləri üçün yeni konsolidasiya elementi oldu.
Amma indi, münaqişənin yaranmasından 25 il keçdikdən sonra, aydın oldu ki, dünya erməniləri burada heç nə əldə etmədi. Qarabağda işğal edilmiş Azərbaycan torpaqları dəhşətli sosial-iqtisadi vəziyyətə düşdü. 20 il ərzində orada olan erməni əhalisi iki dəfə azalıb. Ermənilər dünya tərəfindən Dağlıq Qarabağın müstəqilliyinin tanınmasına nail ola bilmədilər. Bundan başqa, bu gün üçün qərb dövlətləri və Rusiya tərəfindən olan dəstək belə, işğal edilmiş Azərbaycan torpaqlarını özündə saxlamaq imkanı vermir.
Hər şey dünya ermənilərinin Azərbaycan ilə ümumi dil tapmaq qərarını qəbul etməli olduğuna doğru gedir, əks halda Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda öz ərazilərini erməni separatçılarından təmizləməsi qaçınılmazdır.
L.H.
www.oxu.az