Gürcüstanda bələdiyyə seçkisinin ilkin nəticələri açıqlanıb.
Bülletenlərin 99,4%-i hesablandıqdan sonra hakim Gürcü Arzusu - Demokratik Gürcüstan partiyasından Tbilisi merliyinə namizəd Kaxa Kaladze 71,588% səs toplayıb.
Oxu.Az xəbər verir ki, bu rəqəmləri Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) yayıb.
İkinci yerdə 12,43% səslə "Güclü Gürcüstan" və "Gürcüstan naminə Qaxariya" partiyalarından merliyə namizəd İrakli Kupradze qərarlaşıb. İlk üçlüyü 7,5% səslə liberal "Girçi" partiyasının nümayəndəsi İaqo Xviçia tamamlayır.
Gürcüstanda keçirilən yerli özünüidarəetmə seçkisində 1 438 116 vətəndaş iştirak edib.
Oxu.Az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Natia İoseliani səsvermənin başa çatması ilə əlaqədar keçirilən brifinqdə məlumat verib.
Bildirilib ki, ölkə üzrə seçicilərin 40.93 faizi seçkidə iştirak edərək öz səsvermə hüququndan istifadə edib. Səsvermə prosesi sakit və təhlükəsiz şəraitdə keçib.
Gürcüstanda yerli özünü idarəetmə orqanlarına seçki keçirilir.
Oxu.Az-ın Gazeta.ru-ya istinadla verdiyi xəbərə görə, səsvermə prosesi axşam saat 20:00-da başa çatacaq.
Vətəndaşlar 64 dairədə bələdiyyə məclislərinin üzvlərini, həmçinin 64 şəhərin merini seçəcəklər.
Paytaxt Tbilisinin meri vəzifəsi uğrunda doqquz namizəd yarışır. Onların arasında hakim Gürcü Arzusu Partiyasından olan hazırkı mer Kaxa Kaladze də var.
Ümumilikdə 3.5 milyondan çox seçici səsvermə hüququna malikdir.