Türkiyə Superliqasının VIII turunun oyunları davam edir.
Oxu.Az xəbər verir ki, turun mərkəzi görüşündə "Qalatasaray" öz meydanında "Beşiktaş"la üz-üzə gəlib.
Gərgin keçən matçın ilk hissəsi qonaqların minimalhesablı üstünlüyü ilə tamamlanıb. İkinci hissədə hücumlarının sayını artıran "cimbom" 55-ci dəqiqədə İlkay Gündoğanın vurduğu qolla hesabı bərabərləşdirib.
Bu nəticədən sonra "Qalatasaray" 22 xalla turnir cədvəlinə başçılıq edir. "Beşiktaş" isə 13 xalla 5-ci pillədə yer alır.